Dodaq forması ilə xarakter analizi aparmaq mümkündür. Bəli, düz bildiniz. Qalın dodaqlar məsuliyyət hissinin, nazik dodaqlar naz-qəmzənin göstəricisidir. “Ailem.az”a istinadla dodaqların xarakterə təsiri barədə məlumat veririk.
Alt dodaq və üst dodaq bərabərdir
Belə dodağı olan şəxslər adətən taraz, problem həll edən, samballı adamlar olaraq tanınır. Tənqid olunmaqdan narahat olmaz, insanların düşüncələrinə də hörmətlə yanaşarlar. Onları hirsləndirmək haradasa imkansızdır. Ancaq dəmir kimi əsəblərinə rəğmən, sevməyi də, gülməyi də bacarırlar. Onlar üçün stəkanın yarısı həmişə doludur.
Nazik, bir az qabarıq dodaqlar
Belə dodaqları olan insanlar azacıq yaramaz, azacıq nazlı olurlar. Həyatdakı öncəlikləri öz rahatlıqları və duyğularıdır. Özlərinə qulluq etməsələr, kiminsə onlarla maraqlanmayacağını düşünürlər. Onları tanıdıqca bəlkə bir az eqoist olduqlarını düşünə bilərsiniz, amma məsələ eqoistlikləri deyil. Çox sadiq və yaxşı dost olurlar. Axtarsanız, ilk yardımınıza gələcək olan dostunuz yenə odur.
Çox nazik üst dodaq
Liderlik ruhlarında var. Təsir etmə qabiliyyətində bacarıqlı, enerjili, çarə düşünən, müdhiş bir şəxsiyyətdir. Nə olursa-olsun müvəffəqiyyətin və problemləri həll etməyin bir yolunu mütləq tapırlar. Ancaq romantik əlaqələr mövzusunda çox parlaq olmaya bilirlər. Çünki həyatdakı öncəlikləri xarakterli bir insan olaraq var ola bilməkdir, mütləq kiminləsə birlikdə olmaq deyil.
Qalın və yumşaq dodaqlar
Belə dodaqlara sahib insanlar mütləq bir başqasının məsuliyyətini öz üzərinə götürmək üçün doğulublar. Əgər dodaqlarınız belədirsə, uşaqlığınızın bir qismini küçədəki heyvanları qidalandıraraq, ya da onlara sahiblənərək keçirmiş ola bilərsiniz. İçinizdən gələn bir analıq instinktinə sahibsiniz və digərlərini qoruma istəyiniz çoxdur. Stressli hər hansı bir vəziyyətdə öncə başqalarını düşünürsünüz. Belə insanların çox yaxşı valideyn olduğu düşünülür.
Üst dodaq alt dodaqdan daha qalındır
Belə dodaqları olan şəxslər diqqət mərkəzində olmağı daha çox sevirlər. Duyğusal, xarizmatik, eşqi sevən və diqqət çəkməkdən xoşlanan şəxslərdir. Özlərini çox sevirlər və insanların diqqətini çəkmək kimi istedadları var. Maraq dairəsi olmağı çox sevirlər. Ən gülməli zarafatlar və cümlələr də daim bu şəxslərin dilindən eşidilir.
Alt dodaq üst dodaqdan daha qalındır
Dürüst olun: Ofis işi ilə məşğul olmaq heç sizə görə deyil? Bayır bu qədər canlı ikən kim ofisdə oturmaq istəyərr? Belə dodaqları olan şəxslər əylənməyin nə olduğunu həqiqətən yaxşı bilirlər. Enerjili bir yaşam, yeni dostlar, yeni məkanlar, yeni kəşflər daim onlar üçün həyəcanverici olur. Sizin də dodaqlarınız belədirsə, insanlara yeni macəralar yolunda öndərlik edə biləcək, super əyləncəli bir lidersiniz, bilmiş olun!
Nazik dodaqlar
Nazik dodaqlı insanlar adətən yalnızlığı sevirlər. Özləri ilə olmağı seçirlər, tənha şəxs olaraq problemləri ilə yaxşı maraqlana bilirlər. Siz də nazik dodaqlara sahibsinizsə, muzeyə, səyahətə tək getməyi seçənlərdən biri ola bilərsiniz. Yalnızlığı sevmənizə rəğmən, sosial şəraitlərdə də xoşbəxt olur və narahatlıq duymazsınız. İnsanlarla rahatlıqla ortaq bir dil tapıb dostluq da qura bilərsiniz.
Kəskin bir dodaq oyuğu
Bu insan haqqında başdan-ayağa yaradıcıdır deyə bilərik. Adətən istedadlı bir rəssam, ya da musiqiçi olurlar. Üzləri və adları xatırlamaqla bağlı möhtəşəm yaddaşları var. Tanıdıqları hər kəslə münasibətləri olur və hər zaman ətraflarında baş verən hadisələrə hakim olurlar. Sosial, özünü yaxşı ifadə edə bilən və hər zaman işlərində müvəffəqiyyət qazanan şəxslər olurlar.
Yuvarlaq bir dodaq oyuğu
Əgər sizin də dodaqlarınız belədirsə, o zaman duyğusal, həssas və mədəni bir insansınız. Şanssız hadisələr adətən sizi kədərləndirir, başqalarına kömək etmək də ruhunuzda var. İnsanlara və dünyaya kömək etmək adətən bu dünyada etmək istədiyiniz tək şeydir.
Bilinməyən dodaq oyuğu
Bu insanlar bu dünyada tapa biləcəyiniz ən güvənilən və məsuliyyətli insanlardır. “Ağrısa da öldürməz” – bu şəxslərin həyat fəlsəfəsidir. “Mümkünsüzdür” sözündən xəbərləri yoxdur. Sistemləri var, hə şey zamanında edilir. Həyatlarındakı şəxslər onlara güvənmək mövzusunda heç tərəddüd etməzlər. Onlara görə həll edilməyəcək problem yoxdur. Bütün hallarda probleminizi həll edəcək dostlardır onlar.