Diş məcunlarının üzərindəki rəngli xətlər nə haqda məlumat verir?

Sağlam və gözəl dişlərə sahib olmağın bir yolu da onlara göstərilən qulluqdan asılıdır. Bəzən istifadə olunan diş məcunları ağız boşluğunun təmizliyinə qulluq etsə də, onları seçərkən tərkibini araşdırmaq asan olmur. Əslində isə onların faydalı və ya zərərli olduğunu yoxlamağın sadə yolu var. Belə ki, üzərindəki kiçik xətli yazılarda mühüm məlumatlar əks olunur.


Medpress.az xəbər verir ki, Respublika Stomatoloji Mərkəzinin həkim-stomatoloqu Fidan Abdullayevanın dediyinə görə, qara xətli diş məcunlarının təbii komponenti yoxdur, tamamilə sintetik mənasını verir, onun tərkibində damaq ətini zədələyən maddələrin miqdarı daha çoxdur.

 

Göy xətli məcunlarda təbii tərkibə müalicəvi inqrediyentlər daxildir, damaq ətinin möhkəmlənməsi və profilaktikası üçün istifadə olunur.

 

Qırmızı cizgi qabdakı təbii tərkibə süni əlavələrin qarışdırıldığı deməkdir. Ondan istifadə dişlərin ağarmasına kömək etsə də, bir müddət sonra zədələnməsinə aparıb çıxarır.

 

Yaşıl cizgi isə istifadə olunan məhsulun kimyəvi əlavələrsiz təbii maddələrdən ibarət olduğunu ifadə edir. Ona görə də diş məcunundan istifadə edərkən üzərində yaşıl xətt olana üstünlük verilməsi daha məsləhətdir (AZƏRTAC).

 

(Visited 147 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir