Dişə vurub sonra yeyəcəyik…

Tafts Universitetində (ABŞ) çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış və dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv anten quraşdırılıb.

“Hplus1.ru” saytı yazır ki, qidanın istehlakının izlənilməsi onun orqanizmə təsirini araşdırmağa və hətta bəzi xəstəliklərə diaqnoz qoymağa imkan verir.

Mühəndislər sözügedən sensorun prototiplərini laboratoriya şəraitində sınaqdan keçiriblər: sınaqlar zamanı sensorlar distillə edilmiş su, etil spirti məhlulu daxil olmaqla, müxtəlif mayelərin içərisinə yerləşdirilib. Bundan başqa, sensorlar, həmçinin, onları öz dişlərinə bərkitmiş könüllülər üzərində uğurla sınaqdan keçirilib.

Qeyd edək ki, belə sensorlar gələcəkdə tibb sahəsində tətbiq oluna bilər, amma hələ ki, sözügedən texnologiyanın bazara çıxarılma müddəti haqda məlumat verilmir.

(Visited 55 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir