Süni intellekt altsheymerə qarşı

Xəstəliyin vaxtında aşkar edilməsi onun müalicəsində çox kömək edir. Elm adamları demensiyanın ən geniş yayılmış forması olan, qısamüddətli və uzunmüddətli yaddaş, nitq və koqnitiv funksiyaların pozğunluğu ilə nəticələnən altsheymer xəstəliyinin erkən mərhələdə aşkar edilməsi üsullarını axtarırlar. İtaliyada yerləşən Bari Universitetində çalışan alimlər komandası hesab edir ki, süni intellektdən istifadə adıçəkilən xəstəliyin müalicəsində ən məqsədəuyğun həlldir.

“4pda.ru” saytı yazır ki, alimlər tərəfindən hazırlanmış alqoritm beyində kiçik struktur dəyişikliklərini aşkar etmək qabiliyyətinə malikdir. Mütəxəssislər 67 MRT (Maqnit Rezonans Tomoqrafiyası) skan (38 skanetmə altsheymer xəstəliyindən əziyyət çəkən pasiyentlərdə, 29 skanetmə isə sağlam insanlarda aparılıb) həyata keçirməklə neyron şəbəkəsi yaradıblar. Onlar skanetməni kiçik sahələrə ayırıblar ki, süni intellekt onlar arasındakı əlaqəni tapsın. Bundan sonra alimlər 148 pasiyent üzərində MRT skanetməsini sınaqdan keçiriblər. Məlum olub ki, 48 nəfər altsheymer xəstəliyindən, digər 48-i isə gələcəkdə alshaymer xəstəliyinə çevriləcək zəif koqnitiv pozğunluqdan əziyyət çəkir.

Süni intellekt 86% halda altsheymer xəstəliyinə düzgün diaqnoz qoyub.

(Visited 46 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir