Depressiyada olanların bu xәstәliyә tutulma ehtimalı daha yüksәkdir

Depressiya diaqnozu qoyulan və əvvəllər həzm sistemi şikayətləri olan insanların “Crohn” və iltihablı bağırsaq xəstəliyinə tutulma ehtimalı daha yüksək olduğu müəyyən edilib.

 

Medpress.az “Gut” jurnalına istinadən xəbər verir ki, ingiltәrәli alimlәr “Crohn” və ya ülseratif kolit kimi iltihablı bağırsaq xəstəlikləri olan 15000 min  insanın analizlәrini araşdırıb.

 

Alimlәr depressiya diaqnozu qoyulmuş xəstələrdə iltihablı bağırsaq xəstəliyi ehtimalını müzakirə edib.

 

Araşdırmada  depressiya diaqnozu qoyulmuş və həzm sistemi ilə bağlı şikayətləri olan insanların “Crohn” və ya ülseratif kolitә tutulma ehtimalının depresiya diaqnozu qoyulmamış insanlarla müqayisәdә 40% daha çox olduğu müәyyәn edilib.

 

Araşdırmada, hәmçinin depressiyanın yalnız iltihablı bağırsaq xəstəlikləri üçün risk faktoru olmadığını bildirilib (TRT).

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir