Orqanizmi təmizləmək və işlərin problemsiz keçməsini təmin etmək üçün meyvə suları, smoothieler və bir çox detoks içkiləri varkən, təbiət bizi təbii olaraq həmin güclərə sahib qidalarla da təmin edir.
Medpress.az xarici mediaya istinadən bildirir ki, arteriyaları təbii yolla açan və ürək böhranına qarşı qoruyan qidalar bunlardır.
Sarıkök
Pəhrizə sarıkök əlavə olunması, damar divarlarındakı ziyanı azalda və qan laxtalanma ehtimalınızın qarşısını ala bilər.
Quşqonmaz
Quşqonmaz təbii bir arteriya təmizləyici qidadır. Qan təzyiqinin düşməsinə və ürək-damar xəstəliklərinə səbəb ola biləcək qan laxtalarının qarşısının alınmasına yardımçı ola bilər.
Spirulina
Bu göy-yaşıl yosunlar, qandakı lipid səviyyələrini tənzimləməyə köməkçi olur. Qanda yağ səviyyənizi tarazlaşdırarkən arteriya divarlarını açmağınıza və qan təzyiqini tarazlaşdırmağa yardımçı ola bilər.
Trabzon xurması
Trabzon xurması, qan təzyiqini tənzimləməyə və arteriyalarımızı təmiz saxlamağa yardımçı olan bir lif mənbəyidir.
Amerika armudu
Kotletinizə mayonez yerinə bir az Amerika armudu qoymağı təcrübədən keçirin aaşdırmalar gündəlik Amerika armudu istehlakının qanda xolesterinin artmasına səbəb olduğunu göstərmişdir.
Nar
Nar şirəsi orqanizmin qan axınını və arterial qanınızı açıq saxlamağa yardımçı olan nitrat oksid istehsalını təşviq edir.
Darçın
Darçın, qanı oksidləşmədən qoruyaraq ürək-damar sağlamlığını artıran antioksidantlarla zəngindir.