Damar problemi olan 28 yaşlı qız üzərində böyrəkköçürmə əməliyyatı aparılıb. Əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzində cərrah-uroloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərlik etdiyi həkimlər briqadası yerinə yetirib.
Medpress.az bildirir ki, əməliyyatın mürəkkəbliyi barədə danışan həkimin sözlərinə görə, cərrahi baxımdan əməliyyat xəstənin bütün damarlarında ümumi dəyişikliklər səbəbindən çox riskli olib: “Tromboz ehtimalı böyük idi, ancaq bütün lazımi tədbirləri gördük və transplantasiya uğurla icra edildi”.
Cərrahın verdiyi məlumata görə, hazırda köçürülən böyrəyin fəaliyyəti əladır.
Özünü normal hiss edən xəstə və donor evə buraxılıblar.