Daha bir yeni doğulan körpə öldü

Yevlax rayonunun Cırdaxan kənd sakini, 29 yaşlı Elnurə Quliyevanın rayon xəstəxanasının doğum şöbəsində dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb.

 

Medpress.az “open.az”a istinadən bildirir ki, xəstəxanadan verilən məlumata görə, körpə doğuş zamanı ölməyib, ölü doğulub.

 

Məlumata görə, Elnurə Quliyevanın əri brüselyoz xəstəsi olub. O, bundan əvvəl də 3 dəfə hamiləlik keçirib və hər üç hamiləlikdə əkiz dölləri ölü doğulub.

 

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırmalara başlanıb.

 

 

(Visited 132 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir