Dərman sınağı: olmalıdır, olmamalıdır?

“Dərmanın sınağının vurulması geniş yayılıb. Lakin bu, doğru deyil. Dəriyə sınaq qoymaqla orqanizmin allergiya reaksiyasını təyin etmək düzgün deyil”, -APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu, professor Cəbrayıl Məmmədov deyib.

O bildirib ki, bəzi hallarda valideynlər özbaşına uşaqlara antibiotiklər vururlar: “Bu isə xəstədə ağırlaşmalar yaradır. Yaxud da baş ağrısı zamanı ağrıkəsici tablet qəbul edirlər. Əgər başınız ağrıyırsa, bunun səbəbi nevroloji problemlər ola bilər. Buna görə də dərmanların qəbuluna diqqət yetirilməlidir”.

Pediatr-allerqoloq, professor Amaliya Əyyubova isə bildirib ki, bu gün hələ də antibiotiklərdən dəriyə sınaqların qoyulması hallarına rast gəlinir: “1970-ci ildə SSRİ-də dərmanların sınağının vurulması ləğv edilib. Bizdə tibb bacıları sınağı dəri altına yox, daha dərinə, əzələyə qədər vururlar. Belə olan halda isə şiş yaranır. Buna görə də xəstədən qidaya, ətraf mühitə allergik reaksiyasının olub-olmadığını soruşmaq lazımdır. Bundan sonra isə sınaqsız antibiotiklərdən istifadə etmək olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir