Cinsi bilinməyən uşaq üzərində unikal əməliyyat

Sankt-Petereburqdakı 2 saylı Müqəddəs Mariya Maqdalina Şəhər Uşaq Xəstəxanasının androloqları yeddi aylıq qızın cinsi orqanının bərpası üzrə unikal əməliyyat həyata keçiriblər.

 

Medpress.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, uşaq xəstəxanaya cinsinin inkişaf əlilliyi (DSD) ilə daxil olub. Bu cür halda hər iki cinsi orqanın inkişafı müşahidə olunur, uşağın cinsi isə xüsusi testlərlə müəyyənləşdirilir. Həkimlər 6 ay ərzində 100 faizlik qənaətə gəliblər ki, uşaq qızdır.

 

Bu mərkəzdə ildə onlarla buna bənzər əməliyyat keçirilir, lakin bu hal onunla unikaldır ki, həkimlərin bir müdaxiləsi ilə 3 əməliyyat keçirilib.

 

“Qızın vəziyyəti çox çətin idi, ona görə ki, ona birdəfəyə 3 əməliyyat keçirilməsi lazım idi: lazımsız kişi cinsi orqanlarını çıxarmaq, özünün hüceyrlərindən qadın orqanı düzəltmək və daxili cinsi orqanı bərpa ertmək tələb olunurdu”, – xəstəxananbın mətbuat xidmətindən bildirilib.

 

Azyaşlı yetkinlik yaşına çatanda intim həyat sürə biləcək, ancaq hələ ki onun uşaq doğa biləcəyi məlum deyil.

 

Qeyd etmək lazımdır ki, əməliyyat pulsuz keçirilib. Onu xüsusi güzəştlə ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir