Çinin heç vaxt yeyilməsi məsləhət görülməyən 15 məhsulu – SİYAHI

Çin bütün ölkələrin bazarlarına inanılmaz sayda məhsul göndərir. Lakin bu yeməklər sizin orqanizminzə ciddi ziyan vura bilər.

 

Medpress.az xarici mətbuata istinadla sizin də supermarketlərdən ala biləcəyiniz 15 ən təhlükəli məhsulları təqdim edir.

 

1. Meyvə şirəsi

 

Çində hər yerdə əməlii-başlı arsen preparatı pestisidlərindən istifadə edirlər. Bu ölkənin alma şirələrinə bizim ölkəmizdə çox nadir hallarda rast gəlmək olar. Amma heç kim bu zərərli şirəni içməkdən sığortalanmayıb.

 

2. Xörək duzu

 

Çinin ildə istehsal etdiyi yüz milyon ton duzun demək olar ki, 90 faizi texniki duzdur. Ondan yemək hazırlanmasında istifadə edilməməlidir. Bununla belə, onun  bir hissəsi bütün mağazalara süfrə duzu kimi daxil olur.

 

3. Toyuq

 

Məsələ burasındadır ki, Çin ən çox pestisidlər istehsal edən ölkədir. Deməli, həmin pestisidlərlə yetişdirilən taxıl yeyən toyuqlardan da istifadə etmək insan orqanizmi üçün ciddi təhlükədir.

 

4. Sarımsaq

 

Sarımsaq da bu ölkədə kimyəvi preparatların köməyi ilə yetişdirilir. Buna görə Çin sarımsaqlarının xoş dadı olmur. Deməli, insan üçün zərərlidir.

 

5. Göbələk

 

Göbələyin əmtəə görüntüsünü uzun müddət qoruya bilməsi üçün çinlilər ona kimyəvi maddələr vururlar.

 

6. Yaşıl noxud

 

10 il əvvəl hiyləgər çinlilər saxta noxud yetişdirməyi də öyrəniblər. Onun hazırlanmasında soyadan və çoxlu sayda boyaq maddələrindən istifadə edirlər, əlavə edilən metabisulfit natrium xərçəngin inkişafına təsiri ilə tanınır.

 

7. İstiot

 

Çində bu məhsul da saxtalaşdırıla bilər. Bu yaxınlarda bir neçə ehtiyatsız “iş adamı” un və palçıqdan noxud istehsalına görə tutulublar.

 

8. Soya sousu

 

Çində soya sousları istehsalçılarının təxminən üçdə biri öz məhsuluna çoxdan dünyada təhlükəli kanserojen kimi tanınan maddə qatırlar.

 

9. Mal əti

 

Çin qəssabları donuz ətini parafin və duzun köməyi ilə mal adı altında məharətlə ört-basdır edirlər.

 

10. Tofu (Soya pendiri)

 

Beş il bundan əvvəl Çində bir fabrikdə dəmir sulfat və nəcislər ilə tofu istehsal edilərkən tutulub.

 

11. Jenşen

 

Alimlər Çindən olan jenşendə pestisid kokteyli aşkar edəndə əməlli-başlı təəccübləniblər.

 

12. Konservləşdirilmiş şaftalı

 

Avstraliyalılar 2014-ci ildə Çin şaftalısının tərkibində qurğuşunun normadan 100 faiz yüksək olduğunu aşkar ediblər.

 

13. Dondurulmuş ispanaq

 

Və bu məhsulda da olduqca çox pestisidlər aşkar edilib.

 

14. Xırda dəniz xərçəngi

 

Çində xırda dəniz xərçənglərini də səxavətlə antibiotiklərlə “gübrələyirlər”. Bunu kim qəbul edirsə, antibiotiklərə qarşı davamlılığını artırmağa risk edir. Həkimlərin sözlərinə görə, bu olduqca pisdir.

 

15. Düyü

Çində məhz düyü ən çox saxtalaşdırılır. Bunun üçün istehsalçılar nişasta və plastikdən istifadə edirlər. Belə məhsulla nahar etməklə sellofan paketlər yemək arasında fərq yoxdur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir