Cəlilabadda kütləvi zəhərlənmə

Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

 

Medpress.az bildirir ki, rayon prokurorluğunun yaydığı məlumata görə, hadisə fevralın 28-də şəhər ərazisində yerləşən “GREEN STORE” mağazasında qeydə alınıb. Mağazanın işçilərinin kimyəvi maddələrdən zəhərlənmələri faktı ilə bağlı araşdırmalara başlanıb.

 

Hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.

 

Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb.

 

 

(Visited 89 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir