İsrailin Ben-Qurion universitetindən olan alim Avraam Tamir çox gözlənilməz nəticəyə gəlib.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, onun fikrincə, bizim burnumuzun forması bizdən daha çox öz xarakterimiz haqda xəbər verə bilər. Yoxlayaq?
1. Nubiya burnu
Belə burun sahibi olan əsl nikbin insandır və istənilən vəziyyətdən çıxış yolu tapacaq. Bundan başqa, siz çox maraqlısınız, eləcə də həmişə digərlərinə kömək etməyə can atırsınız.
2. Yunan burnu
Siz həm işlərdə, həm də həyatda kifayət qədər təcrübəlisiniz. Bir qayda olaraq, kənarda durmağa çalışırsınız, çünki çox güclü diqqət mərkəzində olmağı xoşlamırsınız. Hisslərinizi və emosiyalarınızı çox nadir hallarda bildirirsiniz, lakin siz yaxşı adamlara qarşı sədaqətinizi həmişə qoruyub saxlayırsınız.
3. Roma burnu
Siz qeyri-standart düşünürsünüz, münaqişə vəziyyətində sonadək öz baxışlarınızı qoruyaraq çox fədakar davranırsınız, qarşıya qoyulan məqsədə çatmaq üçün isə siz çox şeyə getməyə hazırsınız.
4. Qartal burnu
Sizin həssas rəhbərliyiniz altında hər təşəbbüs uğur qazanmağa məhkumdur. Bu, hər hansı formal və ya qeyri-formal təşəbbüs ola bilər. Bütün bunlar ona görədir ki, siz işinizdə çox düzgün davranırsınız.
5. Fındıqburun
Sizin qeyri-müəyyənliyiniz və öz-özünə əmələ gələn qərarlar ətrafdakı insanların çox xoşuna gəlmir. Bu zaman “az söz, çox iş” prinsipi dəqiq sizin haqqınızda deyilib.
6. Düz burun
Siz – əsl qasırğasınız! Sizin hisslərdə ağıl həmişə üstünlük təşkil edir, ətrafdakıların heç vaxt sizinlə mübahisəyə girməməsi daha yaxşıdır, çünki onlar sizdən mərhəmət gözləməyəcəklər.
7. Bir az kiçik donqarlı burun
Siz çox səxavətlisiniz və yaxınlarınızı heç vaxt darda qoymayacaqsınız, amma sizi əhatə edən insanlar tez-tez sizi qiymətləndirmir. Amma nahaq yerə! Axı siz təşkilatçılıqda çox sadə və çox incə qəlbli insansınız, sizi incitmək çox sadədir.
8. Kiçik donqarlı burun
Siz – kifayət qədər yumşaq xarakter sahibisiniz, səmimi məhəbbətin nə olduğunu bilirsiniz və məmnuniyyətlə onu yaxınlarınıza hədiyyə edirsiniz. Dostluq etməyi və dinləməyi daha yaxşı bacarırsınız.
Bizə bu çox vacibdir sizin fikirləriniz, yazmağı unutmayın. Yeri gəlmişkən, bu yazını Facebookda da paylaşın.