Burnu olmayan uşaq dünyaya gəldi

İraqda burnu olmayan uşaq doğulub. Körpənin yalnız ağzı vasitəsilə nəfəs aldığı bildirilir.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, adı açıqlanmayan uşağın ailəsi İraqın Əl-Fəlluca şəhərində yaşayır. Doğuş anomaliyasının səbəbi arginiyadır. Bu, nadir xəstəlikdir və bütün dünyada 100 nəfərdən az insan ondan əziyyət çəkir.

 

Yeni doğulan körpəyə həmçinin mikrosefaliya diaqnozu da qoyulub – kəllə və beyin ölçüsü əhəmiyyətli dərəcədə kiçikdir. Bu isə zəka çatışmazlığı ilə müşayiət olunan əlamətdir.

 

İraqda bu və buna bənzər qeyri-adiliklə doğulan körpələrin sayının ölkədəki müharibədən sonra artdığı bildirilir. “Fəluccanın anadangəlmə qüsurları” təşkilatının açıqlamasına görə, şəhərdə dünyaya gələn uşaqların 15 faizə qədərində anadangəlmə qüsurlar var.

 

 

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *