Bu ölkədə yüzlərlə uşaq qızılcadan ölüb

Madaqaskarda ötən ilin oktyabr ayından bəri ən azı 922 həddi-buluğa çatmamış uşaq qızılca xəstəliyindən ölüb. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, kütləvi ölümün qarşısını hətta təcili peyvənd proqramı ilə də almaq mümkün olmayıb. Həkim Katrina Kretsinqerin sözlərinə görə, ölənlərin sayı rəsmi məlumatlara əsaslanır, ona görə bu rəqəm xəstəliyə yoluxanlar kimi tam olmaya bilər. Hazırda qızılcaya yoluxanların  sayı 66 minə yaxındır.

 

Epidemiyanın yayılmasının səbəbi ada respublikası əhalisinin yalnız 58 faizinin peyvənd olunmasıdır. Təhlükəli xəstəliyinin bu qədər geniş yayılması Madaqaskarda 2003-cü ildən sonra olmayıb. Ona görə də indi qızılca qurbanı olanlar immunitetini hazırlamağa imkanı olmayanlardır.

 

Bundan əlavə, Madaqaskar Afrikanın ən kasıb ölkələrindən biridir. Uşaqların 47 faizi doyunca yemək tapmır, bu da qızılca və digər xəstəliklərə tutulma riskini artırır.

 

Qızılca olduqca yoluxucudur, xüsusən korluq və beyin şişi kimi ciddi fəsadlar doğura bilər. Bundan başqa, o, pnevmaniyanın və bağırsaq xəstəliklərinin inkişaf riskini artırır, daha çox xəstənin ölümünə səbəb olur.

 

 

(Visited 54 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir