Böyük Britaniyanın Səhiyyə Nazirliyi fastfuda qarşı müharibə yolunu tutmaq qərarına gəlib. Nazirlik zərərli yeməyin və içkilərin saat 21:00-a qədər reklamının göstərilməsinə qadağa tətbiqi təşəbbüsü ilə çıxış edib.
Medpress.az xarici mediaya istinadla xəbər verir ki, qadağa televiziya efirində, onlayn yayımlarda, eləcə də sosial şəbəkələrdə tətbiq olunacaq.
Bu qərara Ofcom yayım tənzimləyicinin araşdırması təkan verib. Araşdırmaya əsasən, gənclərin 64 faizi vaxtını onların yaşı üçün nəzərdə tutulmayan saatlarda televizora baxmağa sərf edir.
Maraqlıdır ki, dünyada tanınan baş aşbaz Ceymi Oliver də təşəbbüsü dəstəkləyib. O qeyd edib ki, fasfud reklamı həqiqətən uşaqlara güclü təsir göstərir.
Bu gün Böyük Britaniyada telekanallara qanunla 16 yaşdan aşağı uşaqlar üçün verilişlər zamanı tərkibində duzun, şəkərin və yağların yüksək olduğu məhsulların daxil edilməsi qadağandır. Səhiyyə Nazirliyi uşaqlar arasında kökəlmə hallarının artmasından narahatdır.