Bu il mərkəzi rayon xəstəxanalarının tikintisi davam etdiriləcək, 10-a yaxın mərkəzi rayon xəstəxanasının açılışı gözlənilir. Keçən il də bir çox yerlərdə xəstəxanalar açılıb.
Medpress.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Ölkə başçısı qeyd edib ki, ötən il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçib.