Dünyanın sonu olacaq tarix məlumdur – bu, 2068-ci ildir. Qatil meteorit Yerə doğru uçur, bu dəfə, deyəsən, xilas olmaq mümkün olmayacaq.
Medpress.az xarici mediaya istinadla bildirir ki, alimlər apokalipsisin ssenarisini yazıblar. Beləliklə, planetimizdə həyatı nə məhv edəcək?
Kinli Allah
Yerə Apofis asteroidi uçur – onu qədim Misir tanrısı, bütün canlıları məhv etməyə cəhd edən qəddar ilanın şərəfinə adlandırıblar. Adı alimlərin proqnozlarına görə tapıblar. Bu, 2068-ci ildə baş verə bilər.
Apofis – çox nəhəng və çox ağır göy daşıdır. Asteroidin diametri 325 metrdir, çəkisi 59 milyon tondur, Yerdəki bütün əhalinin çəkisi isə 287 milyon tondur.
Dünyanın sonunun trayektoriyası
Apofis 2004-cü ildə kəşf olunub. O, Yeri məhv etmək üçün dünən yaranmayıb. Onun bir neçə cəhdi olacaq. Orbitin ətrafında hər fırlananda azalır. O, birinci dəfə Yerin yaxınlığından 2013-cü ildə 14,5 milyon kilometrlikdən uçub – bu, Günəşə qədər olan yolun onuncu hissəsidir.
Ancaq artıq 2029-cu ildə asteroid Yerdən 38 min kilometr məsafədən uçacaq – bu, Yerdən Aya qədər olan məsafənin onuncu hissəsidir – yəni lap yaxından. Sonra 2044, 2052, 2060 və nəhayət 2068-ci ildə qayıdacaq, onda Yerə çırpılacaq.
Zərbə dalğası
Asteroid Yerə çırpılanda zərbə gücü 506 meqatona bərabər olacaq. Bu dünyada ən güclü hesab edilən və “Çar-bomba” adlandırılan sovet istilik-nüvə bombasından 10 dəfə güclüdür. Yaxud belə: təsəvvür edin ki, bir dəfəyə amerikalıların Yaponiyanın Xirosima şəhərinə atdıqları “Malış” adlı 43 atom bombası partlayacaq.
Asteroidin Yerə düşməsi 120 kilometr radiusda bütün canlını məhv edəcək. Havaya minlərlə ton toz qalxacaq, bu səbəbdən Günəşin qarşısını bağlaya bilər və buz ərimə dövrünün yeni mərhələsi başlayar. Asteroid özündən sonra 6 kilometr diametrində krater saxlayacaq.
Milyonlarla ölən
Amma, yəqin ki, Аpofis okeana düşəcək. Bu halda dağıntılar həqiqətən apokalipsisi xatırladacaq. Zərbə dalğası sunami qaldıracaq. Özü də təkcə asteroidin düşdüyü yerdə deyil, bütün sahil boyu sunami qaçılmaz olacaq.
Nəhəng dalğa dənizdən 300 kilometr aralıqdakı bütün yaşayış məntəqələrini məhv edəcək. Bu demək olar Yerin ən böyük şəhərləri olacaq: Tokio, Nyu-York, London, Sankt-Peterburq, Sidney, Banqkok, Roma, Sinqapur, İstanbul və başqaları. Sadəcə, milyonlarla deyil, yüz milyonlarla insan həyatını itirəcək.
Xilas şansı
Yeganə ümid səhvədir. Birdən alimlər yenə də yanıldılar. 15 il əvvəl, Apofis horizontda peyda olan kimi, alimlər artıq qabaqcadan 2029-cu ildə dünyanın sonunun mütləq olacağını iddia edirdilər. Ancaq sonra ya uçuş trayektoriyası, ya da hesablamalar dəyişdi və bəşəriyyətə daha 30 il mövcudluq şansı verildi.
Asteroidi güc hesabına saxlamaq mümkün deyil. Müasir texnologiyalar yalnız zəiflətməyə və sonra 50 milyon tonluq qəzəbli Misir allahının 2068-ci ildə partlamaq üçün yerə neçə uçduğunu müşahidəyə imkan verir. Yarım əsr gözləyək və hər şeyi özümüz görəcəyik. Əlbəttə, bu şans yalnız o vaxta sağ qalanlarda olacaq.