Ekologiya və Təbii Sərvətlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə Bakı və Abşeron yarımadasında əhalinin istifadə etdiyi yeraltı artezian sularının pulsuz səyyar ekspress analizlərinin aparılması proqramına start verib.
Medpress.az “report”a istinadla bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Faiq Mütəllimovun verdiyi məlumata görə, kampaniyanın keçirilməsində məqsəd artezian sularının keyfiyyətinin öyrənilməsi, çirklənmədən mühafizəsi və əhali tərəfindın düzgün istifadə qaydalarının təbliğindən ibarətdir.
O qeyd edib ki, pulsuz analizlərin aparılmasına dekabrın 10-dan əvvəlcə Sabunçu rayonu, Maştağa qəsəbəsində başlanılacaq və 10 gün ərzində hər iki nazirliyin mütəxəssisləri tərəfindən artezian sularının keyfiyyəti təhlil olunacaq.
Faiq Mütəllimov bildirib ki, kampaniya çərçivəsində yerli sakinlərlə maarifləndirici söhbətlər aparılacaq, tövsiyələr veriləcək.