Bakı Şəhər Baş Səhiyyə İdarəsində yeni rəis

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişib. Səhiyyə Nazirliyinin (SN) Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, bu vəzifəyə Nelli Veyisova təyin edilib. N.Veyisova bu təyinata qədər 5 saylı poliklinikanın baş həkiminin müavini vəzifəsində çalışıb.

 

Məlumata görə, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir