Bacı-qardaşa qarşı seksual hərəkətlər edənin məhkəməsi başlayır

Yeniyetmə bacı-qardaşa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Medpress.az-ın “report”a istinadən verdiyi məlumata görə, Taleh İsmayılov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

 

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

 

 

Taleh İsmayılov yeniyetmə olan Y.Y. və onun bacısı V.Y.-yə qarşı seksual xarakterli hərəkətlər edib. Uşaqların valideynləri məsələdən xəbər tutandan sonra şikayət əsasında Taleh İsmayılov saxlanılıb.

 

 

Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlərə məcbur etmə, on dörd yaşına çatmayan şəxsə qarşı törətmə) maddəsi ilə ittiham verilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir