Azərbaycanda yalnız bu şəxslərə əlillik dərəcəsi veriləcək

Əlilliyin müəyyən edilməsi zamanı nəzərə alınacaq amillər məlum olub.

 

Azərbaycanda nə qədər əlil var

Medpress.az-ın məlumatına görə,  bu barədə “Əlilliyin müəyyən olunması meyarları haqqında” qanun layihəsində qeyd edilir. Sənəddə əlilliyin müəyyən olunması meyarlarında bu iki amilin nəzərə alınacağı vurğulanır:

 

Təsnifatlar – Tibbi-sosial ekspert komissiyalarında vətəndaşların tibbi sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və onların təzahür dərəcələri, eləcə də insanın həyat fəaliyyətinin başlıca kateqoriyaları və onların təzahür dərəcələri ilə əlaqədar olaraq insan orqanizminin sabit pozuntularının başlıca növlərini müəyyənləşdirir;

 

Meyarlar – Tibbi-sosial ekspert komissiyalarında vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirir.

 

Sənəd 2020-ci il yanvarın 1-dən qüvvədə olacaq.

 

(Visited 337 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir