Azərbaycanda onkologiya lüğəti nəşr olunacaq

Azərbaycanda ilk dəfə onkologiya sahəsinə dair lüğət nəşr olunacaq.

 

Medpress.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

 

 

İclasda “Onkologiya terminləri” lüğətinin nəşri haqqında məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə belə bir lüğətin ilk dəfə hazırlandığını deyib.

 

 

Akademik lüğətdə onkologiya sahəsi üzrə terminlərin Azərbaycan dilində izahının əks olunduğunu, nəşrin bu sahədə çalışan həkimlər, ali və orta tibb təhsili alan tələbələr üçün faydalı olacağını bildirib.

 

 

İclasda Əhliman Əmiraslanov və Şirvan Abdullayevin hazırladığı terminoloji lüğətin nəşri məqsədəuyğun hesab edilib.

 

 

(Visited 35 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir