Azərbaycanda daha bir yeni doğulan körpə öldü

Ağdaşda yeni doğulan körpə ölüb.

 

Medpress.az bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Ağdaş rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Güvəkənd kənd sakini, Əfsanə Hacıyeva fevralın 20-də saat 23 radələrində 37 həftəlik hamiləliklə xəstəxananın doğum şöbəsinə daxil olub.

 

Fevralın 21-də Ə. Hacıyeva oğlan uşağı dünyaya gətirib. Körpə tənəffüs çatışmazlığından küvəzə qoyulub və iki gün sonra orada ölüb.

 

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə edilib, meyitin daxili və xarici müayinəsi həyata keçirilib.(ona.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir