Sabah Bakıda çiskinli yağış gözlənilir – PROQNOZ

Fevralın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağışın isə səhər kəsiləcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

 

Fevralın 26-da bölgələrdə hava əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi cənub və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

 

 

(Visited 29 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir