Respublika Müalicəvi Diaqnostika Mərkəzinin böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan unikal böyrəkköçürmə əməliyyatı yerinə yetirib.
Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, mərkəzdən verilən məlumata görə, Qarabağ müharibəsi veteranı olan xəstənin artıq çəkidə və patoloji piylənməyə malik olması əməliyyatı daha da mürəkkəbləşdirib. Cərrahın dediyinə görə, həm onun, həm də donorun immunoloji uyğunluğunda ciddi risklər var idi.
Şöbənin nefroloqu Nərgiz Baxşəliyeva deyib ki, konsiliumdan sonra böyrəyin köçürülməsinə qərar verilib: “Bütün anatomik çətinliklərə və immunoloji maneələrə baxmayaraq, cərrah Rəşad Şolanın məharəti nəticəsində əməliyyat uğurla keçdi. Hazırda köçürülən böyrək normal işləyir, resipiyent və donorun vəziyyəti yaxşıdır”.