Azərbaycanda cərrahiyyənin aktual problemləri müzakirə olundu

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyası (ACQA) və Bərdə Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə Bərdə şəhərində cərrahiyyənin aktual problemlərinə həsr olunan regional elmi-praktiki konfrans keçirilib.

 

Medpress.az Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən konfrans nazirliyin Elmi Tibbi Şurasında  akkreditasiya olunaraq 8 kredit balla qiymətləndirilib. Tədbirdə Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Tərtər, Goranboy rayonlarından 100-ə yaxın həkim – cərrahlar, endoskopistlər, anestezioloq-reanimatoloqlar, endokrinoloqlar, kardioloqlar, qastroenteroloqlar iştirak ediblər.

 

Konfransın ilk günü üç xəstə üzərində mürəkkəb açıq və laparoskopik üsulla çətin xolesistektomiya, göbək və qasıq yırtıqlarının ləğvi, refundoplikasiya əməliyyatları icra edilərək birbaşa konfrans zalına translyasiya olunub, əməliyyatın gedişi geniş şərh olunaraq verilən suallar cavablandırılıb. Abdominal, endokrin, damar, kardiocərrahiyyə və anesteziologiya-reanimatologiyanın aktual problemlərinə həsr olunmuş mühazirələr də dinlənilib.

 

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

 

(Visited 53 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir