Azərbaycanda bir adam bir dəfədən artıq donor ola bilməyəcək

Azərbaycanda canlı donordan donor orqanı götürülməsi məhdudiyyətinin dairəsi genişləndirilib.

 

 

Medpress.az xəbər verir ki, bu qadağa yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihənin 19-cu (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) maddəsinə əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur.

 

Qeyd olunur ki, 18 yaşına çatmamış şəxsdən transplantasiya məqsədilə ilə orqan və toxumaların (sümük iliyi istisna olmaqla) götürülməsi qadağandır.

 

Layihədə bildirilib ki, resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilir.

 

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

 

(Visited 51 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir