Azərbaycanda ağız və üz-çənə cərrahlarının beynəlxalq konqresi keçiriləcək

Martın 14-dən 16-dək Bakı Konqres Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin ilk beynəlxalq elmi konqresi keçiriləcək.

 

Cəmiyyətdən Medpress.az-a bildiriblər ki, “Daha yaxşı gələcək quraq” şüarı altında keçiriləcək konqresin əsas hədəfi əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərmək məqsədilə ağız və üz-çənə cərrahiyyəsi ixtisasına dair bilik və təcrübələrin yerli və xarici həmkarlarla bölüşülməsi, beynəlxalq əməkdaşlığın qurulması, bu sahədə yeni nailiyyətlərin təşviq edilməsidir.

 

Konqresdə Səhiyyə Nazirliyinin, müxtəlif dövlət və özəl tibb mərkəzlərinin, Tibb Universiteti və digər ixtisaslaşmış tibb qurumlarının nümayəndələri ilə yanaşı, ABŞ, Rusiya, Tailand, Niderland, Almaniya, Birləşmiş Krallıq, İran, Türkiyə, İtaliya, Hindistan, Almaniya və Gürcüstandan tibb məktəblərinin tanınmış mütəxəssisləri və alimləri iştirak edəcək. Tədbirdə ümumilikdə 600-dən çox mütəxəssisin iştirakı gözlənilir.

 

(Visited 66 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir