Azərbaycan Nefroloqlar Assosiasiyası ERA-EDTA-ya üzv oldu

Azərbaycan Nefroloqlar Assosiasiyası İctimai Birliyi Avropa Böyrək, Dializ və Transplantologiya Assosiasiyasına (ERA-EDTA) üzv seçilib. Dünyanın 56 ölkəsinin nefroloji assosiasiyalarının üzv olduğu bu təşkilat 1963-cü ildə yaradılıb.

 

Bu barədə Səhiyyə Nazirliyin Mətbuat Xidmətindən Medpress.az-a bildirilib.

 

Nazirliyin baş nefroloqu, Assosiasiyanın məsul katibi Fariz Babayev bu mötəbər quruma üzvlüyün ölkə nefrologiyasının beynəlxalq aləmə inteqrasiyasında, elmi və praktik mübadilənin yaradılmasında, yerli mütəxəssislərin elmi əsər və məqalələrinin beynəlxalq tibb jurnallarında nəşr edilməsində, yüksəkixtisaslı kadrların hazırlanmasında, müştərək konqreslərin təşkilində və ümumilikdə, Azərbaycan nefrologiyasının inkişafında əhəmiyyətli rol oynayacağını bildirib.

 

(Visited 26 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir