MDB Statistika Komitəsinin açıqladığı məlumata görə, 2017-ci ildə əhalinin hər 10 min nəfərinə düşən 0-17 yaşlı əngəlli uşaqların sayı Azərbaycanda 275, Rusiyada 220, Ukraynada 209, Moldovada 182, Belarusda 166, Qırğızıstanda 152, Qazaxıstanda 141, Ermənistanda 118, Özbəkistanda 94, Tacikistanda isə 72 olub. Türkmənistanla bağlı məlumat verilməyib. Sual olunur: “Nədən bizim gələcəyimiz olan 0-17 yaşlı uşaqlar arasında əngəllilərin sayı Ermənisytanla müqayisədə 2,33 dəfə çoxdur. Buna səbəb nədir: kifayət qədər qidalanmamaq, pis ekoloji şərait, keyfiyyətsiz içməli su, irsi problemlər, qohum evlilikləri, yoxsa saxta statistika?”
Medpress.az bildirir ki, tanınmış iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunun fikrincə, bu dəhşətli statistikanın dinamikası sadalananlar arasında irsi problemləri istisna edir. Çünki elə həmin mənbədə göstərilir ki, 2000-ci ildə hər 10000 nəfərə düşən əngəlli uşaqların sayı 89 olub, 2017-ci ildə isə ondan 3 dəfə yüksək göstərici qeydə alınıb. Bu sahədə sürətli artım 2010-cu ildən başlayıb.
“Hesab edirəm ki, bu fakt ciddi araşdırılmaldıır. Bizim nədən sağlam uşaq böyüdə bilməməyimiz barədə əlaqədar orqanlar açıqlama verməlidirlər.
Əlavə olaraq onu da qeyd edim ki, MDB Statistika Komitəsinin açıqladığı digər məlumata görə, 2017-ci ildə ümumi daxili məhsulda sosial təminat xərclərinin payına görə, Azərbaycan MDB dövləri arasında Belarus və Özbəkistanla bərabər sonuncu yerləri bölüşdürür. Deməli, bu göstərici üzrə də digər MDB ölkələrindən geri qalırıq.
Daha ətraflı məlumat üçün bu linkə müraciət edə bilərsiniz:
http://www.cisstat.com/rus/sb_invalidnost2018.pdf