Ayrılmaq istəməyən siam əkizlərinin 18 yaşı oldu

Hindistanın Çxattisqarx ştatından olan siam əkizləri Şivanat və Şivram Saxunun bir vaxtlar ayrılmaları mümkün olsa da, bundan imtina etdiklərinə peşman deyillər. Qardaşlar yaxınlarda 18 yaşlarını qeyd ediblər və indi onları ayırmaq artıq mümkün deyil.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, qardaşların bədəni qarın hissəsindən birləşib, ona görə onların ayrıca ağciyəri, ürəyi və əlləri var, lakin mədə və ayaqları ümumidir.

 

“İndi biz istəsək də, ayırmaq mümkün deyil”, – Şivanat və Şivram deyirlər. – Biz uşaq olanda bu mümkün idi, indisə gecdir. Həkimlər dedilər ki, bizi artıq ayırmaq mümkün deyil. Ancaq biz yenə də istəmirik. Biz necə varıqsa, elə də qalmaq istəyirik. Biz Allahdan nadir hədiyyəyik. Bizim düşüncəmizə görə, iki bədənimiz, lakin bir ürəyimiz var”.

 

Qardaşlar maneəsiz gündəlik işlərlə məşğul olur və hətta qaçmağı da öyrəniblər. Şivanat və Şivram adi məktəbə gediblər və orada ən yaxşı şagirdlərin sırasında olublar.

 

2014-cü ildə İnternetdə videoları yayılandan sonra bütün dünyada məşhurlaşıblar. Bir neçə həkim onlarla əlaqə saxlayaraq öz köməklərini təklif ediblər, ancaq əkizlər əməliyyatdan imtina ediblər. Onların sözlərinə görə, indi buna görə heyfsilənmirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir