Avtomobildə uşaq doğdu — GORANBOYDA

Goranboy rayonu, Səmədabad kənd sakini, 29 yaşlı Fərqanə Ələkbərova doğuş sancıları səbəbi ilə təcili tibbi yardım çağırıb.

 

Medpress.az ona-ya istinadən bildirir ki, tibbi briqadanın gəlişini gözləmədən yaxınları hamilə qadını “VAZ 21015” markalı maşınla kənd yolundan avtomagistrala çıxarmaq istəyiblər.

 

Gənc ana uşağı avtomobildə dünyaya gətirib.

 

Ana və yeni doğulan oğlu təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına çatdırılıb.

 

Hazırda onların vəziyyətinin  normal olduğu bildirilir.

 

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *