Kişi nə zaman çox uzun (bəzən də uzun deyil) müddət nikahda olursa, mühafizəkar həyat tez-tez xoşagəlməz hadisəyə, yəni məşuqəsinin ortaya çıxmasına da səbəb olur. Axı kişilər üçün bu, yeni bir qurtum ilham, romantik həyəcan, seksual həyat müxtəlifliyi və ümumiyyətlə yeni bir ehtirasdır. Həyatınızda bu məkrli və arzuolunmaz personajın meydana gəlməsinin qarşısını necə almaq olar?
Medpress.az xarici mətbuata istinadla bildirir ki, qadınların çoxu, onların fikrincə, hər şeyi ailəsi, xüsusilə əri üçün edir. Ərinin məşuqəsi ortaya çıxanda isə dəhşətli dərəcədə təəccüblənir. Bu, ümumiyyətlə necə baş verə bilər? Bu sual sizin xoşunuza gəlməyə bilər.
İş burasındadır ki, məşuqə sizin daha inkişaf etdirməli olduğunuz tərəflərin hamısını özündə təcəssüm etdirir. Əlbəttə, yəqin ki, ailədə bu qədər qayğı yükəndiyi halda sizə özünüzlə məşğul olmağa, sadəcə vaxt olmur, amma reallıq belə haqsız olaraq qalır. Bu reallıqla yalnız siz özünüzü mübarizə apara bilərsiniz.
Siz bir bunu təsəvvür edin. Siz hələ ki ərinizin başının üstünü kəsdirirsiniz, hələ ondan bu və ya digər vəzifələrini yerinə yetirməyə tələb edirsiniz, məşuqə, əksinə, heç nə tələb etməyib, yalnız ona nəyi çatmadığını verib. Bu zaman vacib məqam ərin işdən sonra evə qayıtmasıdır. Siz onu necə qarşılayırsınız? Siz onun özünü dinləməyi belə arzulamadan toplanmış problemlərinə baxmayaraq “öcəşirsiniz?”
Əgər belədirsə, düşünün, əgər bu müntəzəm baş verirsə, o, gələcəkdə, ümumiyyətlə evə qayıtmağı istəyəcəkmi?
Daha bir səbəb arvadın daimi yorğunluğudur. Baş ağrılairı, sonra sevgi ilə məşğul olmağın təxirə salınması və sair. Bu zaman məşuqə – enerji və yüngüllük təcəssümüdür. Kişiyə enerji alması vacibdir, axı bu onun bütün təbiətidir. O, özünün kişilik enerjisini işdə öz ailəsinin çörəkpulunu qazanmağa sərf edir, evdə isə onun yerini xanımının diqqət və qayğısı ilə doldurmaq istəyir.
Beləliklə, əgər siz dəqiq öz xoşbəxtliyiniz uğrunda mübarizə aparmaq niyyətindəsinizsə, əgər siz ərinizlə öz münaibətinizi emosional olmasına hazırsınızsa, özünüzün qadın təbiəti tərəfə dönün.
Öz davranışlarınıza yenidən baxın, sevdiyiniz adama qulaq asın, onun üçün çalışın, hətta əgər əvvəlcə qarşılığında heç nə alınmasa belə. Həmçinin öz ərinizlə söhbət edin, onu qulaq asın, axı onun karyera planındakı həyatı bir sıra problemlə həyəcanlarla yüklənib, onları heç kimə danışmaya bilər.
Siz bir müddət sonra hər şeyin mütləq yoluna düşəcəyini görəcəksiniz. Bu halda ərinizin həyatında yad adamın peyda olmasında söhbət gedə bilməz.