Arıqlamaq üçün dünyada ən pis qidalar

Dünyada arıqlamaq istəyənlər üçün ən pis qidalar qızardılmış kartof və mağazalarda satılan kartof cipsiləridir. Əgər siz artıq çəkidən xilas olmaq istəyirsinizsə, mütəxəssislərin fikrincə, rasionunzda cipsi olmamalıdır.

 

Medpress.az xarici mediaya istinadən xəbər verir ki, qızardılmış kartof  və cipsilər çəkinin artması ilə sıx bağlıdır. İş burasındadır ki, bu qidaların tərkibində çoxlu kalori var, amma eyni zamanda çox aşağı bəsləyici dəyərə malikdir, yəni onların istifadəsindən sonra toxluq qızamüddətli olacaq və tezliklə aclıq hissi yenidən başlayacaq.

 

Mütəxəssislərin fikrincə, cipsilərdə vitaminlər və minerallar azdır, bundan başqa, onlar su saxlayırlar və mədədə yağların çökməsinə kömək edirlər.

 

Mütəxəssislər, eyni zamanda onu da qeyd edirlər ki, kartof cipsiləri yalnız çəkinin azaldılmasına yönələn istəyi puça çıxarmaqdan əlavə, həm də sağlamlığıa ciddi ziyan vura bilərlər. Bu məhsul yüksək natrium toplanması ilə fərqlənir və tez-tez istifadə zamanı qan təzyiqinin yüksəlməsinə təsir göstərə bilər. Qan təzyiqinin yüksəlməsi və hiperteniyanın inkişafı fonunda iflic və ürək tutmaları riski artır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir