Arıqlamaq istəyirsinizsə, yatmazdan qabaq bu hərəkətləri edin

Bütün canlılr kimi insan vücudu da özünəməxsus müvazinət hissi ilə təmin olunub. Müvazinət hissi insan üçün balans rolunu oynayır və bədənimizin fiziki fəaliyyəti zamanı bu balans çox önəmlidir. Vücudumuzda bu balansı qoruyan ən güclü vasitə daxili orqanlarımız arasında olan bağlardır və bu əlaqə nə qədər güclü və sağlam olarsa, qaçma, tullanma, dartınma və digər fiziki fəaliyyətlər bir o qədər asanlaşar.

 

Medpress.az xarici KİV-ə istinadla xəbər verir ki, bəzi araşdırmaçılar kökəlmənin səbəbini bu bağların zəifləməsi nəticəsində vücudumuzda yaranan fiziki boşluqlara yağ qatının yığılması ilə izah edirlər. Tullanma və silkələnmə kimi hərəkətlər zamanı daxilimizdə bağları boşalmış “sallanan sahələr” olduğu haqda beyinə daxil olan siqnal orqanizmin özünütəmir funksiyasını işə salır. Alimlər hesablayıblar ki, vücudumuzun təmir fəaliyyəti gecə saat 23:00 və 2:00 arasında, yəni insan adətən yuxuda olarkən maksimal effektiv səviyyədə olur. Orqanizm bu zaman bu bağları bərkitməklə boşluqları aradan qaldırır.

 

Yatağa girməzdən əvvəl bir neçə tullanma və silkələnmə hərəkətləri etməklə siz bədəninizdəki potensial “boşluqlar” haqda beyninizə siqnal verərək, təmir mexanizmini işə salacaqsınız. Siz yuxuda olan müddətdə isə aparılan təmir işləri kökəlmənizin qarşısını alacaq.

 

(Visited 109 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir