Arı südü nələrə xeyirlidir və tərkibində nələr var? Arı südünün faydaları nələrdir? Hansı xəstəliklərə təsir göstərir? Arı südünün real olub-olmadığı necə başa düşülür? Kimlərin istifadə etməsi təhlükəlidir?
Medpress.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, arı südü, həm istehsalının əziyyətli olması, həm də möcüzə təsirlərindən dolayı dünyanın ən bahalı südlərindən biridir. İstehsal şəraitinin çətinliyi səbəbindən qiyməti yüksəkdir. Dünyada arı südü ən çox Yaponiyada istehsal olunur.
Arı südü necə əldə edilir?
Arı südü, gənc bal arılarının vəzilərində istehsal olunur və Kraliça arı həyatı boyu arı südü ilə qidalanır. Bu səbəblə kraliça arının ömrü 5-6 ildir.
Arı südünün tərkibində nə var?
66 faizi sudan, 14, 5 faizi karbohidrat, 4,5 faizi lipiddən və 13 faizi amin turşusundan ibarətdir. B1, B2, B3, B12, biotin, inozit, asetilxolin, fol turşusu, A, C, D, E vitaminləri, bəzi minerallar, fermentlər, hormonlar, antibakteriyal və antibiotik komponentləri ehtiva edir.
Arı südünün faydaları nələrdir?
Arı südü içində olan aktiv birləşmələr sayəsində anti-viral, anti-bakteriyel, anti-inflamatuar və immunitet sistemini gücləndirici təsirlərə malikdir. Qan şəkərini aşağı salan təsirdə olur. İştaha üzərində tənzimləyici təsiri səbəbiylə iştahaçıcı olaraq istifadə edilə bilər.
Xüsusilə pətək ilə birlikdə istifadə edildikdə qripə qarşı çox yaxşı bir qorumanı təmin edir. Uşaqların dərs öyrənmək və qavramaq funksiyalarının artırılmasına yardımçı olmaqla, qama qlobulin ilə də immunitet sisteminin gücləndirilməsində rol oynayaraq böyümələrinə dəstək olur.
Kolit kimi mədə xəstəliklərinin müalicəsində müsbət təsirlər göstərə bilər. Fiziki və zehni yorğunluğa qarşı enerji mənbəyidir. Orqanizmə güc qazandırır. Ən son çalışmalar arı südünün xərçənglə mübarizə etmədə də olduqca ümidverici olduğunu bildirir.
Arı südünün istifadə miqdarı nə qədər olmalıdır?
Gündəlik doza üçün dəqiq bir miqdar yoxdur. Ancaq, arı südünün saf şəkildə yeniyetmələrdə gündəlik 500 milliqram, bir narahatlığa qarşı istifadə ediləcəksə də gündəlik 1 qram istifadə olunması məsləhətdir.
Uşaqlarda isə yaşa və həkim məsləhətinə görə yetkin dozanın ¼-ü olaraq istifadə edilməsi təklif edilir. Arı südü istehlakı üçün ən çox istifadə edilən üsul: Səhər və axşam saf arı südünü dilinizin altına alaraq təxminən 30 saniyə tutmaq, daha sonra istəyə bağlı olaraq bir miqdar su ilə udmaqdır.
Arı südü istehlakı üçün ən çox istifadə edilən üsul: Səhər və axşam saf arı südünü dilinizin altına alaraq təxminən 30 saniyə tutmaq, daha sonra istəyə bağlı olaraq bir miqdar su ilə udmaqdır.
Arı südü necə istifadə edilməlidir?
Bəzi insanlar saf halda yeməkdə çətinlik çəkirlər. Əgər siz də bu məsələdə çətinlik yaşasanız, arı südünü təmiz bal ilə qarışdırıb yeyə bilərsiniz. Bundan başqa, kətan toxumu, üyüdülmüş üzüm çəyirdəyi kimi vasitələrlə istehlakını asanlaşdıra bilərsiniz.
Arı südü necə saxlanmalıdır?
Donmuş şəkildə 18 ay xarab olmadan saxlamaq olar. Soyuducuda isə 1,5-2 ay xarab olmadan saxlamaq mümkündür. İstifadə edən adam sayına və dozasına bağlı olaraq, həftəlik istifadə məbləğlərinə bölərək ayrı bir qaba qoyub geridə qalan miqdarı yenə soyuducunuza qoyaraq da daha yaxşı bir saxlama təmin edə bilərsiniz.
Həmçinin heç bir şəkildə işıq görməməsinə də diqqət edin. Arı südünü istifadə edərkən qətiyyən metalla təmasda olmamalıdır. Taxta və ya plastik qaşıq istifadə edilməsi tövsiyə edilir.
Kimlərin arı südü yeməsi təhlükəlidir?
İki yaşından kiçik uşaqlar, arı südünə və arı məhsullarına allergiyası olanlar, xüsusilə saman allergiyası olanlar bu qidanı istifadə etməməlidir.
Bundan başqa, artıq kiloya malik olanlar, pəhriz edəcək olanlar, metabolik xəstəliyə sahib olanlar, xərçəng xəstələri və hər hansı başqa bir xəstəliyə malik olan insanlar istehlak həcmləri və istehlak qaydaları haqqında mütləq bir diyetoloqla məsləhətləşməlidirlər.
Arı südünün təbii olub-olmadığını necə tanımaq olar?
Arı südünün həqiqət olub-olmadığını istehlakçıların anlaması çox çətindir. Bu səbəblə məhsulu aldığımız yer çox əhəmiyyətlidir.
Bildiyiniz və tanıdığınız arıçılardan təmin etməyiniz daha doğru olacaqdır. Marketlərdə və digər yerlərdə satılan məhsullar haqqında şərh vermək çox çətindir.
Çox asan bir şəkildə saxtasını hazırlamaq mümkün olan bir məhsuldur. Arı südünün hazırlanması çox əziyyətlidir, başqa məhsullarda olmayan bir çox özəlliyi də var.