Vyetnamda internetdə lanqur cinsindən olan meymunu diri-diri yediklərini yayımlayan insanlar həbs olunublar.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, nadir meymunu yaşları 35-dən 59-dək olan 6 kişi yeyib. Onlardan biri bu səhnəni mobil telefonla çəkərək Facebook vasitəsilə ötürüb.
Polisin meymun yeyənləri müəyyənləşdirməsi üçün bir aydan çox lazım olub. Nəhayət, onların hamısı saxlanılıb və əməllərini etiraf ediblər. Onlar Vyetnamın təbitəti mühafizə qanunlarını pozmaqda günahlandırılır.
Müəyyən olunub ki, lanquru kişilərdən biri alıb və ovçuya ona görə 1,1 milyon donqo ödəyib.
Lanqura ən nadir meymun cinslərindən biridir. Onlarla yalnız Vyetnamın şimalında rastlaşmaq mümkündür. Lanqur növlərindən biri yalnız yeganə adada yaşayır və sayları 70-dən də azdır.