Allergik rinitin səbəbləri

Allergiya ətraf mühitin allergen adlandırılan bəzi amillərinə qarşı orqanizmin qeyri-adi cavab reaksiyasıdır. O, asqırma, zökəm, boğazda göynəmə və gözlərin yaşarması ilə özünü büruzə verir. Allergik xəstəliklərin bir növü olan allergik rinitə müxtəlif kimyəvi maddələrin istifadəsinin artdığı, havanın isə çirkləndiyi inkişaf etmiş sənaye ölkələrində daha çox rast gəlinir. Rinitin simptomları o dərəcədə qıcıqlandırıcı və yorucu ola bilir ki, işdə və ya dərsdə diqqəti toplamaq çətinləşir. Buna görə də xəstədə həyat keyfiyyəti düşür.

 

AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.

 

Şöbə müdiri bildirib ki, allergik rinitin iki növü var: “Mövsümi allergik rinitdə simptomlar yalnız ilin müəyyən vaxtında- çox zaman yazda, bitkilərin çiçəklənmə dövründə təzahür edir. Müəyyən mövsümiliyi olmayan allergik rinitdə isə ilin fəsillərindən asılı olmayaraq daimi allergiya təzahürləri müşahidə edilir. Başlıca olaraq bu allergiyaya toz gənələri və heyvanların epiteli hüceyrələri səbəb olur”.

 

(Visited 79 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir