Ahıl kişiyə qohumunun böyrəyi köçürüldü

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək Xəstəlikləri və Transplantologiya Şöbəsində növbəti riskli əməliyyat uğurla nəticələnib. Klinikaya ağır vəziyyətdə daxil olan ahıl xəstəyə qohumunun böyrəyi köçürülüb. Əməliyyat şöbə müdiri, cərrah-uroloq-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan tərəfindən icra olunub.

böyrək əməliyyatı

Medpres.az-ın məlumatına görə, RMDM-dən bildiriblər ki, xəstədə çox sayda şikayətlərin olması nəzərə alınaraq əməliyyat həyat göstəricilərinə görə aparılıb. Belə ki, xroniki böyrək çatışmazlığı ilə yanaşı, xəstə ürəyin işemik xəstəliyindən də əziyyət çəkib. Şöbə müdirinin rəhbərliyi altında cərrahlar və nefroloqlar qrupunun zəruri hazırlığından sonra icra olunan əməliyyat uğurla başa çatıb və ahıl kişi həyata qaytarılıb.

Əməliyyatın mürəkkəbliyi pasiyentin yaş göstəricisinə və yanaşı mövcud ürək-damar sisteminin xəstəliklərinə də bağlı olub.

R.Şolanın sözlərinə görə, xəstə əməliyyata qədər olan hemodializ seanslarını çox ağır keçirib.

Artıq resipiyent və donor yaxşı vəziyyətdə evə yazılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir