Ağrı əzablarından necə qurtulmaq olar? – ALİMLƏR

Stenford universiteti ekspertlərinin sonuncu araşdırması ağrılar zamanı insanların əzab çəkməsindən xilas olmasının üsulunu tapmağa kömək edib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, alimlər siçanlar üzərində eksperiment aparıblar və müəyyən ediblər ki, ağrıya emosional reaksiya beyindəki badamşəkilli xüsusi vəziyə təsir göstərir.

 

Tədqiqarçılar test çərçivəsində xüsusi iynə vasitəsilə heyvanlarda bu badamcıq vəzisinin işini bağlayıblar. Bundan sonra gəmiricilər ağrını fiziki hiss etməyə və ona reaksiya verməyə başlayıblar (məsələn, qaynar nöqtəyə əl vuraraq  pəncələrini çəkiblər), ancaq artıq qıcıqlandırıcı yeni görüşdən qaçmayıblar.

 

Alimlər ehtimal edir ki, eyni dəqiqliklə insanın beyninə təsir göstərmək mümkündür. Onlar bu kəşfdən yeni ağrıkəsici preparatlar yaratmaq üçün istifadə etmək niyyətindədirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir