Adam əti yeməkdən bezdi…

Cənubi Afrika Respublikasında iki kişi qətl və adam yeməyə görə ömürlük azadlıqdan məhrum edilib. Medpress.az xarici mediaya istinadən bildirir ki, ötən il cənubi afrikalı xalq şəfavericisi Nino Mbata polis məntəqəsinə gəlib və zabitlərə insan cismini yeməkdən yorulduğunu bildirib. Polislərin buna inanmaları çətin olub. Lakin Mbatanın özü ilə gətirdiyi çantadan ayaq və əllər çıxıb. Sonradan onun evində insan qalıqları da tapılıb. 

 

 

Cənubi Afrika Respublikasında bu iş geniş ictimai əks-sədaya səbəb olub, bunu “adamyeyən işi” adlandırıblar. Üç gün əvvəl məhkəmə Mbata və onun yardımçısı Lunqisani Maqubaneyə hökm çıxarıb. Pitermaritsburq Ali Məhkəməsinin hakimi Piter Olsen hər iki kişini Zanele Xlatşvayonun öldürülməsinə görə ömürlük azadlıqdan məhrum edib.

 

Mbata həbsdən sonra insan bədəni yediyini inkar edib. İttiham aktına görə, Maqubane Mbateyə təbib kimi ona uğur əldə etməyə köməklik göstərməsi üçün müraciət edib. Mbata söyləyib ki, bu məqsədlə qadın, yaxud uşaq qanı axıtmaq lazımdır. 25 yaşlı Zanele öldürülüb və parçalanıb, təbib onun bədəninin bəzi hissələrindən “dərman” hazırlanması üçün istifadə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir