1955-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Diabet Assosiasiyası 26 noyabrı Şəkərli Diabet Xəstəsi Günü təyin edib. Medpress.az xəbər verir ki, bu gün hər il “Birlikdə güclüyük!” devizi altında qeyd edilir.
Şəkərli diabet daha geniş yayılmış xroniki xəstəliklər sırasına aiddir. ÜST-ün məlumatına görə, hazırda bütün dünyada şəkər xəstələrinin sayı 260 milyondur. 2030-cu ilə belə xəstələrin sayının 370 milyona çatacağı gözlənilir. Xəstəliyin ildən-ilə “cavanlaşması” da vəziyyəti ağırlaşdırır: hər il minlərlə gənc bu bəlaya tutulur.
Şəkər səviyyəsinin məqbul sayılan həddi keçməməsi üçün onu daim nəzarətdə saxlamaq lazımdır.
Aktiv hərəkət, qida rejiminin normallaşdırılması, zərərli vərdişlərdən imtina, keyfiyytəli istirahət “qlikemiya rəqəmi”ni (qanda qlükozanın miqdarı) normada saxlamağa kömək edir.