Cudi və Uill 50 ildən çox əvvəl tanış olmuşdular. Gənclər hələ o vaxt başa düşmüşdülər ki, onların aralarında xüsusi bir əlaqə var. Onlar ömürlərinin son günlərində bunu yalnız sübut ediblər.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Miçiqan ştatından olan 77 yaşlı ərlə arvad Uebblər son aylarını müalicə müəssisəsində keçiriblər. Müəssisənin əməkdaşları onların inanılmaz bağlılıqlarını bildiklərindən cütlüyü təkcə bir palataya yerləşdirməyiblər, həm də çarpayılarını yaxınlaşdırıblar ki, Uill və Cudi həmişə yanaşı olsunlar.
Onların qızlarından biri Meri-Bet deyib ki, evləndikdən sonra valideynləri bir-iki gündən artıq ayrı qalmayıblar, onlar sadəcə ayrılığa dözə bilməyiblər.
Cudinin sonuncu əməliyyatı uğursuz keçəndə, onu ağırlaşmasına görə xəstəxanaya yerləşdiriblər. Həyat yoldaşının ayrılığına dözə bilməyən kişi dərhal tükənməyə başlayıb. Bundan sonra hər şey Cudinin xəstəxanadakı çarpayısının yanında Uillə birgə baş verib. Nənənim temperaturu yüksələn kimi babada da istilik əmələ gəlib. Onlar sanki bir dalğada olublar və bir-birini hiss ediblər.
Cudinin vəziyyəti ağırlaşanada az şeyə reaksiya verib. Meri-Betin “müalicə müəssisəsindəki ərinin yanına qayıtmaq istəyirmi” sualına anası dərhal belə cavab verib: “Bəli, əlbəttə, o haradadır?”
Onlar son günlərini birlikdə keçiriblər. Hətta həmin gecə Uill öləndə də Cudi onun əlindən tutub… Bir neçə saat sonra o özü də bu dünyadan köçüb.