Spirtli içkinin təsirindən ayılmağın yolları

“Çoxlu spirtli içki qəbulundan sonra istirahət, yüngül qida və bol maye tövsiyə olunur”.

 

Medpress.az -ın məlumatına görə, bunu Moskva Səhiyyə Nazirliyinin baş müstəqil narkoloqu Yevqeniy Bryun “Moskva” agentliyinə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bütün bunlar sərxoşluğun təsirlərini və şişkinliyi aradan qaldırmalıdır:

 

“Spirt bədəni qurutduğu üçün bol maye qəbul etmək lazımdır. Bir qayda olaraq, meyvə suları, kefir, bulyon, omlet – yəni zülallı məhsullardan istifadə edə bilərsiniz. Onlar alkoqolu qəbul edən zaman əmələ gələn bəzi toksinləri götürürlər. Baş ağrısını, bədəndəki ağırlığı və yorğunluğu götürmək üçün isə az duzlu ayran içə bilərsiniz”. (Report)

 

(Visited 78 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir