2030-cu ildən gəldiyini iddia edən zaman yolçusu Noah 2019-cu il haqqında bəzi xüsusi proqnozlar verib. Noahın 2019-cu il haqqındakı proqnozları nələrdir?
Medpress.az xarici mediaya istinadla bildirir ki, 2030-cu ildən gəldiyini iddia edən və tez-tez gələcəkdə baş verəcəyini bildirdiyi hadisələr haqqında insanları video-materiallarla tanış edən zaman yolçusu Noahın son paylaşımları təəccübləndiricidir.
1. Noahın proqnozları arasında UNO (Uçan Naməlum Obyekt) görsənmələri hallarının artacağı, 2019-cu ilin fevral ayında baş verəcək qar fırtınası səbəbilə ABŞ-ın bəzi şəhərlərinin xəritədən silinəcəyi kimi xəbərlər var.
2. Noah haqlıdırsa, hamı üçün gərgin il olacaq.
3. UNO və zaman yolçuluğu həvəskarları ilə danışan “Arex” TV Noahın səs dəyişdirici istifadə edərək gələcəkdən gətirdiyi bəzi “kitabxana səhifələrini” göstərib.
4. Videoda belə deyir: “Salam, mənim adım Noah Travels. Gələcək haqqında sizə danışmaq üçün 2030-ci idən qayıtdım.
5. 2019-cu ildən 2020-yə qədər, xüsusən də 2019-cu ilin yanvarında UNO “səfərlərində” böyük artım baş verəcək. İnsanlar onları hər yerdə görəcək.
6. 2019-cu ilin fevralında böyük qar fırtınası Mərkəzi Avropanı vuracaq, bir çox şəhər qar fırtınaları üzündən yox olacaq. Bu, tarixin ən böyük qar fırtınası olacaq.
7. Aprel ayında bazara robot texnikası olan süni göz çıxarılacaq. İyunda fəlçli insanların təkrar yeriməsinə çarə tapılacaq.
Gözləyin, yenə var…
8. 2020-ci ildə Donald Tramp ikinci dövr üçün ABŞ prezidenti seçiləcək: “Bu, elə-belə söz deyil, həqiqətdir”.
9. Noah özünü keçmişə göndərənin hökumət olduğunu və hökumətin zaman səfərini sirr olaraq saxladığını deyir. Dövlətin izinə düşməsindən qorxan Noah bu videonu çəkməyin pis fikir olduğunu da qeyd edir. Buna baxmayaraq, kütlələrə həqiqəti deməkdə qərarlıdır.
10. Davam edir: “İnsanlara söyləməyim çətindir. Bu sənədli filmi çəkmək pis fikirdir. Bəlkə də ovlanacağam. Xalqı, səfərin gerçək olduğu barədə xəbərdar etməliyik. Hökumət bunu sizdən gizlədir və gizlincə istifadə edir”.