10 yaşında ölən qız 5 uşağın həyatını xilas etdi

İngilətərənin Qərbi Susseks qraflığının Herstpirpoynt kəndində yaşayan 10 yaşlı Ella Tetçer uşaq epilepsiyasının nadir formasından ölüb. Lakin onun ölümündən sonra valideynlərinin orqanlarını bağışlamaq qərarını verməsi ilə 5 uşağın həyatı xilas edilib.

 

Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Ella uşaq epilepsiyasının nadir forması hesab olunan Drave soindromundanb əziyyət çəkib. Valideynləri düşünüblər ki, onun vəziyyəti yaxşılaşır, çünki tutmalarının tezliyi ayda 55 ilə zaman keçdikcə birə qədər azalıb.

 

Bununla belə, 2018-ci ildə o, epilepsiyanın  kəskin başlanğıcı ilə xəstəxanaya düşüb. O, birdən nəfəs ala bilməyib: həkimlər onun huşunu özünə gətiriblər və Evelina London Children’s Hospitalına apara biliblər.

 

“Ellani müayinədən keçiriblər, gecə isə məni həkimlərin yanına çağırdılar və söhbət etmək üçün daha sakit yerə çəkilməyi məsləhət gördülər. Məın dərhal xoşagəlməz vəziyyət olduğunu anladım, – uşağın anası Anna xatırladır. – Bizə xəbər verdilər ki, Ellanın baş beyin şişi var və orqan faktiki olaraq ölüb”.

 

Ellanın valideynləri qızı süni nəfəs aparatından aralayanda palatada olublar.

 

“Biz ona heç nə ilə kömək edə bilməyəcəyimizi başa düşəndə orqanlarının donorluğu haqda fikirləşdik, – Anna söyləyir. – İndi Ellanın sayəsində 5 ailə dəfn təşkilini yaddan çıxara bilər”.

 

Qızın ürəyi, iki böyrəyi, qaraciyəri, mədəaltı vəzisi və ağ ciyəri bu orqanların köçürüləməsinə ehtiyacı olan uşaqlara qurban verilib.

 

“Bu bizim uşağımızı geri qaytarmayacaq, lakin orqanlarının kiminsə həyatını xilas etdiyini düşünəndə təsəlli tapırsan”, – Ellanın anası vurğulayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir