Qripdən daha bir nəfər öldü – GÜRCÜSTANDA

Gürcüstanın Zuqdidi şəhər xəstəxanasında 24 yaşlı gənc qripdən ölüb.

 

Medpress.az Gürcüstan mediasına istinadən bildirir ki, xəstəxanaya yanvarın 1-də Mestia şəhərindən gətirilərək yerləşdirilən gəncdə qızdırma və kəskin tənəffüs çatışmazlığı müşahidə olunub.

 

Xəstəxanada ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bundan başqa, onda digər xəstəliklərin olduğu da üzə çıxıb. O, bir neçə gün süni tənəffüs aparatına qoşulub.

 

Gəncin ölümünə H1N1 virusunun (“donuz qripi”) səbəb olub-olmadığı laborator araşdırmasından sonra müəyyənləşdiriləcək.

 

Gürcüstanda  bu günə qədər “donuz qripi”ndən 8 nəfər ölüb.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir