Yeni il bayramı günü fişəng partlaması nəticəsində 5 nəfər xəsarət alıb.
Medpress.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 31-də 2356 nəfər, yanvarın ilk günü isə 2398 nəfər təcili yardım xidmətinə müraciət edib.
5 nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib, onlardan 2-si yanıq, 3-ü əlin travması olub. 3 nəfər qidadan zəhərlənib.
Müraciət edənlərin 647 nəfəri uşaq olub.