30 dərəcə şaxtada dağıntılar altında sağ qaldı – MÖCÜZƏ – VİDEO

Maqnitoqorskda 11 aylıq uşaq uçan binanın dağıntıları altında sağ tapılıb. O, sutka yarımdan çox dağıntılar altında 30 dərəcəyə çatan şaxtalı havada qalıb.

 

Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, tapılan uşaq faciəli hadisə zamanı dağıntılar altında qalan ən azyaşlı olub. Onun anasını və ailənin yaşca böyük uşağını qaz partlayışından sonra xilas etmək mümkün olmuşdu.

 

Məlumata görə, uşaq fövqəladə haisə zamanı çarpayıda yatmış vəziyyətdə olub.

 

Vəziyyəti ağır qiymətləndirilən körpəni həkimlər təcili xəstəxanaya aparıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir